skip to Main Content
Körpələrdə Immunitet

Körpələrdə immunitet

İmmunitetin yaranmasının əhəmiyyəti

Körpələrdə immunitet anadan olduqda zəif olur – onların immun sistemi daim dəyişir və uşaqlıq dövrü boyunca inkişaf edir. Buna görə də, onlar böyüklərlə müqayisədə bakteriya və viruslara qarşı dözümsüz olurlar. Körpə xəstəliklərə qarşı əsas anticisimləri ana südündən aldığı üçün ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Lakin peyvəndlər yenə də vacibdir, xüsusən də körpəniz uşaq qatışıqları ilə qidalanırsa. Tibbi göstəricilərə görə 6 ayından sonra körpələrin ana bətnindən aldığı anticismlərin miqdarı tükənir və onlar 2 yaşınadək bir çox xəstəliklərə qarşı müqavimətləri zəifləmiş olur. Belə hallarda uşaqlara diqqətlə yanaşmalı və onalrı təhlükəli sayılacaq xəstəliklərdən qorumaq vacibdir.

Peyvəndin qoruma yolu necədir?

Körpənin peyvəndlənməsi ilə onun bədəninə çox zəif xəstəlik yeridilir və immun sistemi güclənərək, xəstəliklə mübarizə aparmağı öyrənir. Bir çox xəstəliklərə immunitetin yaradılması səbəbilə bu gün həmin xəstəliklər nadir hallarda rast gəlinir; peyvəndlənməmiş körpələr arasında bir dəfə xəstəliyin yayılması onların yoluxmasına səbəb olur, məhz buna görə immunizasiya belə vacibdir. Peyvəndlərin aparlıdığı xəstəliklər klinik gediş və sondakı nəticənin ağırlığını nəzərə alaraq immunizasiya mütləq edilməlidir. Hətta bu üsulla qədim zamanlarda ölümə gətirib çıxardan dəhşətli xəstəliklərin bir neçəsinə artıq dövrümüzdə rast gəlmirik deyə bilərik.

İmmunizasiya nə zaman olmalıdır?

Bütün körpələr, hətta vaxtından əvvəl olanlar, sizdən əldə etdikləri immuniteti itirməyə başladıqda – təxminən iki ayından sonra peyvənd olunmalıdır.

Körpələrdə immunitet yaranmasının yan təsirləri

İmmunizasiyalar təhlükəsizdir və peyvəndlərə qarşı allergik reaksiyalar çox nadirdir. Bəzi körpələrdə iynə vurulan yerdə şişlik və ya qızartı əmələ gəlir. Körpədə bu əlamətlər olarsa, yaxşı bir ağrıkəsici kömək edə bilər. Bəzən körpələr onlara vurulan peyvəndə görə çox zəif formada xəstəlik simptomlarından əziyyət çəkir, lakin onlar nəticəsində hər hansı bir ciddi fəsadla üzləşməyəcəkdir. Körpəniz müdafiə olunmursa, əsl risk xəstəliyin özünə yoluxduqda meydana çıxır. Əgər körpənizin peyvəndə qarşı mənfi reaksiya verdiyini düşünürsünüzsə, həkiminizə müraciət edin. Həmçinin saytımızda peyvəndönü tədbirlərlə də tanış ola bilərsiniz: Peyvəndönü tövsiyələr

Digər suallarınızı saytımızdan onlayn olaraq həkimdən soruşa bilərsiniz: Sual-cavab

Back To Top