skip to Main Content

Əziz valideynlər və ya sayt ziyarətçiləri, Pediatriya ilə bağlı sizi maraqlandıran və ya cavabını tapmaqda çətinlik çəkdiyiniz suallarınızı onlayn olaraq saytımızda soruşa bilərsiniz. Dr. Afət İbrahimli həftə ərzində suallarınızı cavablamağa çalışacaqdır. Lakin bir nüansı diqqətdən qaçırmayın ki, pasiyenti görmədən doğru və dəqiq diaqnoz və müalicə üsulu söyləmək mümkün deyildir.

Qarın ağrısını əvvəlcə müddətinə görə təsnif etmək lazımdır. Qısa davamlı (kəskin) qarın ağrısı ümumiyyətlə altda yatan bir xəstəliyə bağlı əlamətdir. Yaş qruplarına bağlı olaraq altda yatan xəstəliklər bir-birindən çox fərqli ola bilər. Yenidoğan dövründə anadangəlmə inkişaf qüsurları, bağırsaq dövrləri və tıxanıqları, mekonium tıxaclarının kimi xəstəliklər görülərkən irəliləyən yaşlarda, 2 yaş əvvəlində yırtıqlar, daha sonrakı dövrlərdə də appendisit kimi cərrahi patologiyalar görülə bilər. Mütləq həkimə müraciət edilməlidir.

Təbii ki burada konkret bir səbəb söyləmək çətindir. Baş ağrısına səbəb qidalanma, yuxusuzluq, evdəki səs-küylü şəraiti, beyin daxili təzyiq və s. ola bilər. Bunun üçün ətraflı müayinə şərtdir.

Uşaqlarda piylənmə zamanı yaşına və boyuna görə olması çox kök olan uşaqlarda aşağıdakı problemlər yarana bilər:

  • Qız uşaqlarında yetkinliyə erkən girmə
  • Oğlan uşaqlarında ginekomastopatiya deyilən döş böyüməsi
  • Oğlan uşaqlarında damar tutulmalarına bağlı olaraq irəli yaşlarda spermanın keyfiyyətində düşməsi
  • Ayaq aralarında və dərinin qıvrım bölgələrində sürtünməyə bağlı olaraq pişşik
  • Dəri altı yağ toxumasının artmasına bağlı olaraq dəri infeksiyaları
  • Düz dabanlılıq, qıçlarda əyrilik kimi ortopedik problemlər
  • Qol və ayaqlarda kökəlmə
  • Qandakı yağların (lipidlərin) artması ilə bağlı olaraq erkən yaşda ürək damar xəstəlikləri
  • Nəfəs alıb vermədə çətinlik, tənəffüs çətinlikləri
  • Balansız qidalanmaya bağlı olaraq immunitet sisteminin zəif qalması və tez-tez infeksion xəstəliklərinin keçirilməsi
  • Həyatın erkən dövrlərində ürək, şəkər, təzyiq və xərçəng kimi xəstəliklərə uyğunluğun artması kimi sağlamlıq problemləri və s. çox sıxlıqla görülməkdədir.

İlk öncə onu qeyd etmək istərdim ki, qızdırmanı yaradan səbəb və xəstəliklər müxtəlif cürdür və hər birinə fərdi yanaşılmalıdır. Evde öz başına şəkildə antibiotik istifadəsi qəti şəkildə qəbul olunmur. C vitamini orqanizmin virus və bakteriyalara qarşı müqavimətini artırdığı hər kəsə məlumdur. Təhlükəli virusların orqanizmə təsiri zamanı C vitamini qanda inteferonun və anticisimlərin miqdarını artırır. İmmun sistem üçün vacib olan leykositlərin tərkibində onun miqdarı həddindən artıq çoxdur. C vitamini həm profilaktik vasitə kimi, həm də xəstəlik zamanı qəbul etmək olar. Askorbin turşusu (vit C) xoşagəlməz əlamətlərin və ağırlaşmaların riskini azaldır. lakin bu sadəcə önləyici məqsədlə istifadə olunur və uşağı pediatra göstərmək lazımdır.

Körpələrdə qusma və gəyirmə bir çox hallarda normal hal sayılır. Hətta uşaq orqanizminin statusuna görə belə olması lazımdır. Biz pediatrlar bunu fizioloji hal kimi qiymətləndiririk. Amma qusmalar müxtəlif cür və müxtəlif xarakterdə olur. Patalogiya və ya fizioloji hal olduğu müayinə zamanı aydınlaşdırılır.

sual-cavab
Sualınız var?

BİZƏ MESAJ YAZIN

Saytda yayımlanmağını istəmədiyiniz suallarınızı həkimə birbaşa olaraq, saytın özəl mesaj qutusundan da göndərə bilərsiniz.

Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back To Top