skip to Main Content
Uşaqlarda Piylənmə (çəki Problemləri)

Uşaqlarda piylənmə (çəki problemləri)

Uşaqlarda piylənmə günümüzdən ən aktual problemlərdən biridir. Dünyaya bir körpə gətirmək böyük məsuliyyət, eyni zamanda böyük səbir istəyən məşəqqətli bir işdir. Lakin, dünyaya gəlib körpələrini qucaqlarına almış anaların çoxunun düşüncəsi onu yaxşı qidalandırmaqdır. Qidalandırmaq həyatı davam etdirməsi üçün lazımlıdır. Lakin hər mövzuda olduğu kimi qidalanma mövzusunda da səhv bilinənlər bəzən sağlamlıq problemlərini qarşımıza çıxarda bilir. İnsan ən sürətli böyümə dövrünü ana qarınında keçirir. 40 həftə kimi bir müddətdə inanılmaz bir sürətlə inkişaf edir və bədən çəkisi artır. Dərhal sonra dünyaya gələn körpənin ana bətnindəki sürətli böyüməsi bir az olsun yavaşlayır. Lakin həyatın ilk 6 ayına qədər yenə sürətli bir böyümə, inkişaf dövrü göstərir. Sağlam olan həyatın ilk 6 ayında körpəmizin aylıq olaraq 600-1000qr arasında ağırlıq qazanmasıdır. 6-cı ayına addım atan körpəniz 8 kq-a çatdığında böyümə inkişaf dövründə çox müsbət irəliləyir. Körpələr 6-12-ci ayları arasında ayda 400-600qr arasında ağırlıq qazanarlar.

6 ayından sonra aylıq kilo qazanımları yavaşlayan körpələrini görən çox ana həyəcanlı bir şəkildə mütəxəssisinə gəlir.

Lakin əslində hesab çox sadədir. Əgər körpələrimiz ilk 6 aydakı böyümə sürətlərini davam etdirmiş olsalar 10 yaşına gələndə uşağınızın çəkisi 80kq olmalıdır. Uşaqlıq çağında çox kilolu olmaq hazırda dünyada hər 3 uşaqdan 1-də görülən ciddi bir sağlamlıq problemidir. Təəssüf ki, pozulan göz hissləri üzündən də valideynlər uşaqlarının normal, yoxsa kök olduğunu bilmirlər. Köhnə təkliflərimizdən olan “uşaqlarınızı öz yaşıdları ilə müqayisə edin” cümləsi artıq istifadə olunmur. Uşaqların ildə 2 dəfə artım inkişaflarını bir mütəxəssisə göstərməkdə fayda vardır.

Uşaqlarda piylənmə zamanı yaşına və boyuna görə olması çox kök olan uşaqlarda aşağıdakı problemlər yarana bilər:

  • Qız uşaqlarında yetkinliyə erkən girmə
  • Oğlan uşaqlarında ginekomastopatiya deyilən döş böyüməsi
  • Oğlan uşaqlarında damar tutulmalarına bağlı olaraq irəli yaşlarda spermanın keyfiyyətində düşməsi
  • Ayaq aralarında və dərinin qıvrım bölgələrində sürtünməyə bağlı olaraq pişşik
  • Dəri altı yağ toxumasının artmasına bağlı olaraq dəri infeksiyaları
  • Düz dabanlılıq, qıçlarda əyrilik kimi ortopedik problemlər
  • Qol və ayaqlarda kökəlmə
  • Qandakı yağların (lipidlərin) artması ilə bağlı olaraq erkən yaşda ürək damar xəstəlikləri
  • Nəfəs alıb vermədə çətinlik, tənəffüs çətinlikləri
  • Balansız qidalanmaya bağlı olaraq immunitet sisteminin zəif qalması və tez-tez infeksion xəstəliklərinin keçirilməsi
  • Həyatın erkən dövrlərində ürək, şəkər, təzyiq və xərçəng kimi xəstəliklərə uyğunluğun artması kimi sağlamlıq problemləri və s. çox sıxlıqla görülməkdədir.

Həmçinn məktəb əvvəli dövrdə kök olan uşaqların 26-41%-i, məktəb çağında kök olan uşaqların da 42- 63%-i yetkin yaşda kök qalmağa davam edir. Yüksək çəki problemi müəyyən edilə bildiyi qədər ən erkən yaşda müəyyən edilməlidir. Əks təqdirdə uşağın həm fiziki, həm də psixoloji sağlamlığı baxımından arzuolunmaz problemlər yarana bilər. Həkim, diyetoloq və psixoloq əməkdaşlığı ilə qidalanma müalicəsi tətbiq olunmalıdır, ailədəki çəki probleminin qaynağı müəyyən edilməli, uşaq sağlam bir şəkildə büyüdülməlidir.

Back To Top