Boy

Uşaqlarda qısa boyluluq

İnsanlarda böyümə sürəti iki-üç yaşlarında ildə 8 sm qısa olması, üç və dörd yaşlarında ildə 7 sm qısa olması, dörd və doqquz yaşları arasında isə ildə 5 sm az olması, ana atanın boyuna görə uşağın boyunun qısa olması “boy qısalığı” olaraq bilinir. Əgər boy uzanması birdən dayansa, bu bəzi xəstəliklərin əlaməti ola bilər. Belə bir vəziyyətdə qarşılaşdıqda həkimə getməlisiniz.

Boy uzanmasının yavaşlamasının iki səbəbi vardır.

İnsanda qidalanma nizamlı bir şəkildə olur, çəkisi normal və ya normaldan çox olduğu halda uzanma sürəti yavaşlayıbsa, səbəbi ümumiyyətlə hormonal pozğunluqlardır. Zəif insanlar yəni çəkisi normaldan az olan insanlarda boyun qısa olması əsasəndə bəzi xəstəliklərdən yaranır. Bu xəstəliklərə nümunə versək; qida pozuqluğu, həzm sistemindəki xəstəliklər, uzun sürən ishal kimi müxtəlif xəstəliklərdən qaynaqlana bilir.

Boy qısalığının səbəbləri

  • Genetik səbəblərdərə görə, yəni ana-atanın boyunun qısa olması
  • nanın aşağı hamiləlik çəkisi və körpənin aşağı doğumu çəkisi
  • Ana südünün kifayət qədər alınmaması
  • Qeyri-müntəzəm və qeyri-kafi qidalanma
  • Ağır infeksion xəstəliklər
  • Ağır işlərdə işləmək
  • Hormonal pozğunluqlar (Böyümə hormonu əskikliyi (somatotrop) və s .)
  • Yetkinliyə erkən girilməsi ki dünya da hər keçən gün yetkinlik yaşı düşür.

Qidalanma və idmanın boy uzanmasına təsiri nədir?

Əsrlər əvvəlki atalarımızla aramızdakı boy fərqi ən az 30 sm-dir. Bu da göstərir ki, hər keçən il atalarımızdan daha da uzun oluruq. ABŞ-da nəşr olunan hesabata görə 1960-larda insanlardakı boy artımında təxminən 2 sm-lik artım var. Bunun bir təsadüf ya da mühitə uyğunlaşma olmadığı düşünülür. İnkişaf edən cəmiyyətlərdə qida vərdişləri həyat tərzləri, sağlam və balanslı qidalanmanın boy artımındakı əhəmiyyətli faktorlardan biri ola biləcəyi ifadə edilir. Struktur xüsusiyyətlər, genlərin quruluşundakı dəyişikliklərlə digər bir digər nəsilə köçürülür. Bu səbəblə genetik şifrə adamın boyunu təyin edən ən əhəmiyyətli faktordur.

İdman boyu uzadırmı?

Boy uzanmasına basketbol və üzmə kimi idmanların təsiri olduğu düşünülür. Ancaq qəti bir sübut yoxdur. Mütəxəssislər bu cür idmanların adamın ümumi sağlamlığına verdikləri töhfələrinə görə bədən inkişafını və boy uzanmasına təsir etdiyini, yəni ikinci bir təsir olduğunu deyirlər. Ancaq hər idman boy uzatmır. Məsələn, ağır atletika, güləş və bədən inkişaf etdirmə kimi sümük uclarındakı böyümə vallarına təsir etdiyinə görə boy uzanmasını yavaşladır. Ancaq buda qəti olaraq sübut edilməmişdir.