skip to Main Content
Uşaqlarda Tərləmə şikayətləri

Uşaqlarda tərləmə şikayətləri

Uşaqlarda tərləmə şikayətləri normaldırmı?

Uşaqlarda tərləmə valideynlərin ən çox rast gəlinən şikayətlərindən biridir. Tərləmə-normal haldır. İstər böyüklər, istərsə də uşaqlar hərəkət və ya artıq güc sərf etdikdə bədəndə enerji əmələ gəlir. Bu enerji tər vasitəsilə bədəndən xaric olur. Və bununla da bədənimiz soyuyur. Körpələrdə tər vəziləri əllərdə, ayaqlarda və başda daha çoxdur. Buna görə də körpələr bu nahiyyələrdən daha çox tərləyir. Bu normal haldır. Burdan əziz valideynlərə demək istəyirik ki, əgər uşağın müayinəsi zamanı ümumi vəziyyət normal qiymətləndirilirsə, körpələrdə bu halın baş verməsi hər hansı bir xəstəliyin əlaməti deyildir, bu orqanizmdə gedən normal fizioloji prosesidir.

Uşaqların tərləmə səbəbi daha çox nədir?

Tərləmənin ən çox rast gəldiyimiz səbəblərdən biri körpənin qalın geyindirilməsidir. Bu baxımdan körpələri geyiminə və otaq temperaturuna diqqət olunmalıdır. Burun tıxanıqlığı da tərləməyə səbəb ola bilər. Hər gün körpələrin burun dəlikləri (NaCl) “duzlu su” ilə yumaq lazımdır.

Uşaqlarda tərləmə irsi ola bilərmi?

Tərləmə irsi xarakter də daşıya bilər. Belə ki, valideynləri çox tərləyən uşaqlar daha çox tərləməyə meyilli olurlar. Belə hallarda uşaqları müalicə etməyə ehtiyac yoxdur. Bu normal bir hal hesab olunur. Bunu belə də qəbul etmək lazımdır. Əslində tərləməmək bir xəstəlik əlaməti sayılır. O halda narahat olmaq lazımdır. D vit çatışmazlığı zamanı da körpənin tərləməsində artım ola bilər. Amma bu o demək deyil ki hər tərləyən uşaq “raxit”dir. Bu xəstəliyi təsdiq edən digər əlamətlər və qan analizləri olunmalıdır. Diaqnoz dəqiqləşdirilməlidir. Yalnız bundan sonra körpələrə D vitamini və Ca preparatları başlanıla bilər. Əks halda orqanizmdə bir sıra fəsadlar yarana bilər. Ümumiyyətlə, müntəzəm olaraq, D vitamini qəbul edən körpələrdə “raxit” xəstəliyinə rastgəlmə ehtimalı çox aşağıdır. Ona görə yenidoğulmuşın 15-20-ci günündən etibarən D vitamini verilməlidir.

Yekun fikir

Yekun olaraq deyə bilərik ki, tərləmə şikayəti olan uşaqların əksəriyyətində adətən hər hansı bir ciddi xəstəlik müşahidə olunmur. Amma yenə də belə uşaqlar ətraflı müayinə edilməli və tərləmənin hansı səbəbə bağlı olduğu aşkar olunmalıdır.

Digər suallarınızı saytımızdan onlayn olaraq həkimdən soruşa bilərsiniz: Sual-cavab

Back To Top