skip to Main Content
Uşaqlarda Yüksək Hərarət – Səbəbləri Nədir?

Uşaqlarda yüksək hərarət – Səbəbləri nədir?

Uşaqlarda yüksək hərarət nədən baş verir?

Uşaqlarda yüksək hərarət barədə danışmazdan əvvəl, ilk olaraq normal bədən temperaturunun dərəcəsini bilmək vacibdir. Bədənin normal tempraturu 36,4-36,9 C qızdırma və ya hərarət bədən tempraturunun normal göstəricilərinin yüksəlməsidir. Daha dəqiq desək, hərarət -patogenlərin təsirinə qarşı insan orqanizminin müdafiə reaksiyasıdır. Tempraturunun yüksəlməsi orqanizmdə infeksiyların yaranmasının və immunitetin virus və bakteriyalarla mübarizəsinin ilk əlaməti sayılır. Hərarət zamanı virus və bakteriyalar məhv olur. Məhz bu səbəbdən uşaqlarda 38 C-yə qədər olan tempraturu aşağı salmaq tövsiyə olunmur.

Digər hansı hallarda uşaqlarda hərarət yüksələ bilər?

Hərarət süd dişlərinin çıxma dövründə də yüksələ bilər. Hərarətin yüksəlməsi infeksiyalardan əlavə uşaqlarda aparılan vaksinasinasiyadan sonra da olur. Peyvəndlər uşaqlarda yoluxucu xəstəliklərə qarşı immunitet yaradır. İmmunoprofilaktika müxtəlif infeksion xəstəliklərin qarşısının alınmasında ən effektiv vasitədir. Qeyd etdiyimiz kimi vaksinasiyadan sonra yaranan hərarət adətən 1-2 gün ərzində qala bilər. Və belə reaksiya immunitetin aktivləşməsi və anticisimlərin yaranması ilə bağlıdır. Adətən, tempraturun belə yüksəlməsi müalicəsiz, öz-özünə keçir. Əgər tempratur aşağı düşməzsə, inyeksiya yerində qızartı, şişkinlik və ağrı olarsa, pediatra müraciət etmək lazımdır. Xəstəliklərə qarşı müqavimətin azalması immumitetin zəif olmasını göstərir. Belə hallarda infeksion prosesler sürətlə inkşaf edir ve ağır keçir.

Yüksək hərarət zamanı nə etmək olar?

C vitamini orqanizmin virus və bakteriyalara qarşı müqavimətini artırdığı hər kəsə məlumdur. Təhlükəli virusların orqanizmə təsiri zamanı C vitamini qanda inteferonun və anticisimlərin miqdarını artırır. İmmun sistem üçün vacib olan leykositlərin tərkibində onun miqdarı həddindən artıq çoxdur. C vitamini həm profilaktik vasitə kimi, həm də xəstəlik zamanı qəbul etmək olar. Askorbin turşusu (vit C) xoşagəlməz əlamətlərin və ağırlaşmaların riskini azaldır.

Digər suallarınızı saytımızdan onlayn olaraq həkimdən soruşa bilərsiniz: Sual-cavab

Back To Top