skip to Main Content

Əziz valideynlər və ya sayt ziyarətçiləri, Pediatriya ilə bağlı sizi maraqlandıran və ya cavabını tapmaqda çətinlik çəkdiyiniz suallarınızı onlayn olaraq saytımızda soruşa bilərsiniz. Dr. Afət İbrahimli həftə ərzində suallarınızı cavablamağa çalışacaqdır. Lakin bir nüansı diqqətdən qaçırmayın ki, pasiyenti görmədən doğru və dəqiq diaqnoz və müalicə üsulu söyləmək mümkün deyildir.

Qarın ağrısını əvvəlcə müddətinə görə təsnif etmək lazımdır. Qısa davamlı (kəskin) qarın ağrısı ümumiyyətlə altda yatan bir xəstəliyə bağlı əlamətdir. Yaş qruplarına bağlı olaraq altda yatan xəstəliklər bir-birindən çox fərqli ola bilər. Yenidoğan dövründə anadangəlmə inkişaf qüsurları, bağırsaq dövrləri və tıxanıqları, mekonium tıxaclarının kimi xəstəliklər görülərkən irəliləyən yaşlarda, 2 yaş əvvəlində yırtıqlar, daha sonrakı dövrlərdə də appendisit kimi cərrahi patologiyalar görülə bilər. Mütləq həkimə müraciət edilməlidir.

Təbii ki burada konkret bir səbəb söyləmək çətindir. Baş ağrısına səbəb qidalanma, yuxusuzluq, evdəki səs-küylü şəraiti, beyin daxili təzyiq və s. ola bilər. Bunun üçün ətraflı müayinə şərtdir.

Uşaqlarda piylənmə zamanı yaşına və boyuna görə olması çox kök olan uşaqlarda aşağıdakı problemlər yarana bilər:

  • Qız uşaqlarında yetkinliyə erkən girmə
  • Oğlan uşaqlarında ginekomastopatiya deyilən döş böyüməsi
  • Oğlan uşaqlarında damar tutulmalarına bağlı olaraq irəli yaşlarda spermanın keyfiyyətində düşməsi
  • Ayaq aralarında və dərinin qıvrım bölgələrində sürtünməyə bağlı olaraq pişşik
  • Dəri altı yağ toxumasının artmasına bağlı olaraq dəri infeksiyaları
  • Düz dabanlılıq, qıçlarda əyrilik kimi ortopedik problemlər
  • Qol və ayaqlarda kökəlmə
  • Qandakı yağların (lipidlərin) artması ilə bağlı olaraq erkən yaşda ürək damar xəstəlikləri
  • Nəfəs alıb vermədə çətinlik, tənəffüs çətinlikləri
  • Balansız qidalanmaya bağlı olaraq immunitet sisteminin zəif qalması və tez-tez infeksion xəstəliklərinin keçirilməsi
  • Həyatın erkən dövrlərində ürək, şəkər, təzyiq və xərçəng kimi xəstəliklərə uyğunluğun artması kimi sağlamlıq problemləri və s. çox sıxlıqla görülməkdədir.

İlk öncə onu qeyd etmək istərdim ki, qızdırmanı yaradan səbəb və xəstəliklər müxtəlif cürdür və hər birinə fərdi yanaşılmalıdır. Evde öz başına şəkildə antibiotik istifadəsi qəti şəkildə qəbul olunmur. C vitamini orqanizmin virus və bakteriyalara qarşı müqavimətini artırdığı hər kəsə məlumdur. Təhlükəli virusların orqanizmə təsiri zamanı C vitamini qanda inteferonun və anticisimlərin miqdarını artırır. İmmun sistem üçün vacib olan leykositlərin tərkibində onun miqdarı həddindən artıq çoxdur. C vitamini həm profilaktik vasitə kimi, həm də xəstəlik zamanı qəbul etmək olar. Askorbin turşusu (vit C) xoşagəlməz əlamətlərin və ağırlaşmaların riskini azaldır. lakin bu sadəcə önləyici məqsədlə istifadə olunur və uşağı pediatra göstərmək lazımdır.

Körpələrdə qusma və gəyirmə bir çox hallarda normal hal sayılır. Hətta uşaq orqanizminin statusuna görə belə olması lazımdır. Biz pediatrlar bunu fizioloji hal kimi qiymətləndiririk. Amma qusmalar müxtəlif cür və müxtəlif xarakterdə olur. Patalogiya və ya fizioloji hal olduğu müayinə zamanı aydınlaşdırılır.

sual-cavab
Sualınız var?

BİZƏ MESAJ YAZIN

Saytda yayımlanmağını istəmədiyiniz suallarınızı həkimə birbaşa olaraq, saytın özəl mesaj qutusundan da göndərə bilərsiniz.

Bu yazıya ərh yazılıb
  1. Salam hekim menim 1 yaw 6 ayliq oglum var ve 1 aya yaxindi her iki gozunun aginda qara lekeler var goz hekimine apardim ve qorxulu hecne olmadigini dedi yene narahat oldum ve pediatra apardim o mene gozdeki lekenin qird xesteliyinden oldugunu dedi derman yazdi verdim ve indi sol gozundeki leke tedricen dagilib ve sag gozundeki ise hele azalmayib . Sizden xahiwim bilmek isterdim bu leke heqiqeten qurddan ola bilermi ve lekeler tedricen kecib gedecekmi? oncede. Tewekkur edirem

    1. salam. oglunuzun qurdun olmasını təsdiq edən analiz olmalıdır.hem de digər əıamətlər də olmalıdır.Tək gözdəki ləkəyə görə uşağa qurd dərmanı vermək düzgün deyil.

  2. Salam hekim.menim oglum 1yas 9ayliqdi,bir nece gun evvel qizdurmasi qalxdi,nefes almagi cetinlesdi,qarninda agrilar oldugunu basa saldi,hekime apardiq rentgen muayinesinden sonra ciyerinde leke oldugunu,pnevmaniya oldugunu dediler,xestexana seraitinde mualice aldiq,amma sonra dediler ki guya oskure bilmeyub ciyere belgem yigilib rentgende gorunen odu.indi heleki nefes almagi duzelib amma oskurur hele.sizce deqiq diaqnoz nedi ve biz hansi tedbirleri gormeliywm.TWK.

    1. Salam.tedbirler görmək üçün birinci növbədə uşaq müayinə olunmalıdır.Tam dəqiq diaqnoz qoyulduqdan sonra məsləhətlər verə bilərik və tədbirlər görə bilərik.

  3. Salam hekim.menim oqlum 4 yawindan bronxitden eziyyet cekur 7yawi var hele davam edir cox hekimlere qedmiwik cox mualuce edmiwik lskin muvveqeti saqalir tam kokden cozum isdiyirem astmaya conmeyinden qorxuram coxlu belqem tupurur nefesi daralir xeesdelik yeni bawdiyanda hemiwede qripden sora olur

    1. salam.İrsinizdə astma xəstəliyi yoxdursa narahat olmayın.keçib gedər.Amma kökden çözüm istəyirsinizsə gəlin Bakiya.həm də gərək immuniteti qaldirasız ki.o tez tez qrip olmasın

  4. 2 yaşli uşaqda gece yatandan sonra sehere kimi 3-4 defe oskurek tutmalari olur . Bu hardasa 7 gundur ki davam edir . Nadir halda qusmada olur oskurekdrn sonra . Astmaya aid diger hecbir elamet yoxdur. Başqa hansi xestelikden şubhelenmek olar ?

  5. Salam hekim. Korpem 3 ay,10 gunlukdu.5,6 deqiqe emir sonra ayaqlarını iteleyir,aglayır.Kopu olduguna gore.One gorede sudum azalıb.İndide mecburen sudle birlikde smes verirem.Sualım odurki 50ml smes versem bes edermi?yoxsa artırım?

  6. Salam hekim. Korpem 3 ay,10 gunlukdu.5,6 deqiqe emir sonra ayaqlarını iteleyir,aglayır.Kopu olduguna gore.One gorede sudum azalıb.İndide mecburen sudle birlikde smes verirem.Sualım odurki 50ml smes versem bes edermi?yoxsa artırım?

    1. salam.3 ayliq körpə əslində 130 ml yeməlidir.siz əgər 50-50 ana südü və süni qida verirsinizsə onda heç olmasa 60-70 verməlisiniz.Həm də köp dərmanlarınızı tez tez dəyişin.Bəzən köpdən körpələr qidadan imtina edə bilirlər.

  7. Salam həkim. Buzim uşağın 8 yaşı var. Oğlandır. Soyuqlaması yoxdur.normal dərsə gedib gəlir. Amma hər gün günün müəyyən vaxtında tempraturu qalxır. 38 yarıma. Həm də deyir başım ağrıyır. Amma boğazında ağrı filan yoxdur. Nurafen veririk. Keçib gedir. Yenə səhəri gün günarta vaxtı eyni şey təkrarlanır. Bunun səbəbi sizcə nə ola bilər?

1 2 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back To Top