Əziz valideynlər və ya sayt ziyarətçiləri, Pediatriya ilə bağlı sizi maraqlandıran və ya cavabını tapmaqda çətinlik çəkdiyiniz suallarınızı onlayn olaraq saytımızda soruşa bilərsiniz. Dr. Afət İbrahimli həftə ərzində suallarınızı cavablamağa çalışacaqdır. Lakin bir nüansı diqqətdən qaçırmayın ki, pasiyenti görmədən doğru və dəqiq diaqnoz və müalicə üsulu söyləmək mümkün deyildir.
Qarın ağrısını əvvəlcə müddətinə görə təsnif etmək lazımdır. Qısa davamlı (kəskin) qarın ağrısı ümumiyyətlə altda yatan bir xəstəliyə bağlı əlamətdir. Yaş qruplarına bağlı olaraq altda yatan xəstəliklər bir-birindən çox fərqli ola bilər. Yenidoğan dövründə anadangəlmə inkişaf qüsurları, bağırsaq dövrləri və tıxanıqları, mekonium tıxaclarının kimi xəstəliklər görülərkən irəliləyən yaşlarda, 2 yaş əvvəlində yırtıqlar, daha sonrakı dövrlərdə də appendisit kimi cərrahi patologiyalar görülə bilər. Mütləq həkimə müraciət edilməlidir.
Təbii ki burada konkret bir səbəb söyləmək çətindir. Baş ağrısına səbəb qidalanma, yuxusuzluq, evdəki səs-küylü şəraiti, beyin daxili təzyiq və s. ola bilər. Bunun üçün ətraflı müayinə şərtdir.
Uşaqlarda piylənmə zamanı yaşına və boyuna görə olması çox kök olan uşaqlarda aşağıdakı problemlər yarana bilər:
- Qız uşaqlarında yetkinliyə erkən girmə
- Oğlan uşaqlarında ginekomastopatiya deyilən döş böyüməsi
- Oğlan uşaqlarında damar tutulmalarına bağlı olaraq irəli yaşlarda spermanın keyfiyyətində düşməsi
- Ayaq aralarında və dərinin qıvrım bölgələrində sürtünməyə bağlı olaraq pişşik
- Dəri altı yağ toxumasının artmasına bağlı olaraq dəri infeksiyaları
- Düz dabanlılıq, qıçlarda əyrilik kimi ortopedik problemlər
- Qol və ayaqlarda kökəlmə
- Qandakı yağların (lipidlərin) artması ilə bağlı olaraq erkən yaşda ürək damar xəstəlikləri
- Nəfəs alıb vermədə çətinlik, tənəffüs çətinlikləri
- Balansız qidalanmaya bağlı olaraq immunitet sisteminin zəif qalması və tez-tez infeksion xəstəliklərinin keçirilməsi
- Həyatın erkən dövrlərində ürək, şəkər, təzyiq və xərçəng kimi xəstəliklərə uyğunluğun artması kimi sağlamlıq problemləri və s. çox sıxlıqla görülməkdədir.
İlk öncə onu qeyd etmək istərdim ki, qızdırmanı yaradan səbəb və xəstəliklər müxtəlif cürdür və hər birinə fərdi yanaşılmalıdır. Evde öz başına şəkildə antibiotik istifadəsi qəti şəkildə qəbul olunmur. C vitamini orqanizmin virus və bakteriyalara qarşı müqavimətini artırdığı hər kəsə məlumdur. Təhlükəli virusların orqanizmə təsiri zamanı C vitamini qanda inteferonun və anticisimlərin miqdarını artırır. İmmun sistem üçün vacib olan leykositlərin tərkibində onun miqdarı həddindən artıq çoxdur. C vitamini həm profilaktik vasitə kimi, həm də xəstəlik zamanı qəbul etmək olar. Askorbin turşusu (vit C) xoşagəlməz əlamətlərin və ağırlaşmaların riskini azaldır. lakin bu sadəcə önləyici məqsədlə istifadə olunur və uşağı pediatra göstərmək lazımdır.
Körpələrdə qusma və gəyirmə bir çox hallarda normal hal sayılır. Hətta uşaq orqanizminin statusuna görə belə olması lazımdır. Biz pediatrlar bunu fizioloji hal kimi qiymətləndiririk. Amma qusmalar müxtəlif cür və müxtəlif xarakterdə olur. Patalogiya və ya fizioloji hal olduğu müayinə zamanı aydınlaşdırılır.
Salam,menim qizim 6yash yarimdi.ayaqlari hemishe terleyir,iy yoxdu sadece terli olur hemiwe.ne mende ne de yoldashimda bele problem yoxdu.sizce neden ola biler?”
Salam.Əvvəla bilmək isterdim ki,sizdə bu problem nə vaxtdan var.səbəbini aydınlaşdırmaq üçün bu çox önəmlidir.
salam su ciceyi olan usaqlara hansi pehriz yemakleri verilmelidir ve portagal kimi sitrus meyveler vermak olar?
Salam.Bildiyiniz kimi suçiçəyi xəstəliyinin əlamətlərindən biri də qaşınmadır.və özünüz də bunu müşahidə edirsiz.O zaman allergik qidaların verilməsi qaşınmanı bir az da artıra bilir.bu üzdən portağal,naringi,kök,Balqabaq,yumurta,balŞşirniyyatlar və s. kimi qidaların verilməi qadağandır.
Salam həkim qizim 25 günlükdü çoox narahat yatir ancaq gücənir rəngi qizarir və qişqiraraq aglamaga baslayir bu nə ilə əlaqədar olar
Salam, 3 aya qədər bütün uşaqlarda köp olur. Bu köpün əlamətləridir.
Salam.Körpələrdə 3 aya qədər bu hallar baş verir.Narahat olmayın İlahə xanım.sadəcə köp dərmanını vaxtlı vaxtında verin.keçib gedecey
salam hekim qizim 1yas 9 ayliqdi.ayaglarin baldir hisesinde hem qabaq hem dal tefede sepkileri var hemde qasiyir maliceler yazilib ferqi yoxdu pamperside ancak yatanda geydirirem yemeyleride pehriz edirem neden olar.hekim birde cinsi organi etrafi ag cirk kimi weyler olur bu nedendi
Salam.”müalicələr yazılıb”sözündən başa düşdüm ki,çoxdandı bu problem.sizin uşaq allergikdir.yeqin ki genetikdir.hele körpəıikdən başlanan allergiyanın qarşısını tez almaq lazımdı.eks halda böyüdükcə fəsad verə bilər.Yaxşı olar ki,körpəni gətirəsiniz və müayinə etdikdən sonra daha dəqiq diaqnoz qoyulsun.
Salam.bu sepgilər allergik ola bilər.yaxşı olardı ki,uşağı bir müayinə ederdik.Bu bağırsaqla da əlaqəli ola bilər.Mədə bağırsaq xəstəliklərində bele allergik qaşınmalar ola bilər.
Baş agrısı zamanı qusma hansi xestelikden xeber verir.bunun üçün ne etmek lazımdır
Salam. uşağın yaşın qeyd etməmisiz.baş ağrıları demək olur ki,bütün xəstəliklərdə olur.Amma həm də qusmanın olması çox vaxt nevroloji xəstəliklərdən xəbər verir.o zaman nevroloqa müraciət eedin.
Salam hekim qizim 2 yaw 10 ayliqdir qizilca xesteliyine tutulub. Burun tutulmasi qizdirma bogazda agrilar bogaz etinin wiwmesi birde uzunde sepgiler var. Artiq 3gundu bu hal onda var. Ne meslehet gorersiz ?
salam. Simptomatik müalicə aparılmalıdır.Amma siz peyvəndləri aparmamaqla səhvə yol verirsiniz.Əgər övladinizin sağlam gələcəyini görmək istəyirsinizsə vaksinasiyadan çəkinməyin.
Salam doktor bagislayin narahat edirem.Sualim: korpem 3 ayi tamam 4 aya fevralin 4 kececey.Korpema Smelac verirem.Ama korpem o yemeyi yeyenden sora qusur.Eyer bu yemeyle elaqelidirse.Bide ariqlayir.Ona basqa usaq yemeyini hansini meslehet gorerdiz?
Salam.Qusma körpələrin 70-80 faizində olur.əgər aşiri dərəcədə deyilsə və tədricən azalirsa qidasını dəyişməyin. yox əgər get-gedə artırsa onda Smelakın A\R verin. yəni antireflüks
Salam həkim qızımın 12 yaşı var 5 gündür öskürür gecə yata bilmir ona Prospan sirob verdik lakin öskürəyi dayanmadı sonra ciyərin rentgen elədiq sol ciyərin soyuqlaması dedilər pinevmaniya qızdırması yoxdur.Rayonda yaşadığımızdan burda həkimə aparmışıq uşağa bu dərmanları yazıb həkim Clarafon iynə , Brocsevin, Vitamin C, Ketotifen, Ventalin inqolyasiya üçün zəhmət olmasa düzgün müalicə yazılıbmı deyərdiz. Əvvəlcədən təşəkkür edirəm.
Salam.Düzgündür
Men yeni evlenimiw qadinam.yoldawimla cinsi elaqeye girdikden iki gun sonra temperaturum 37.8 oldu..ozmu narahat hiss etdim.ondan 2 3 gun sonra yene temperaturum oldu..onla cinsi elaqeden sonra yeni temperaturum birinci defe qalxdiqi vaxt iwi ile elaqedar bawqa yere getmeye mecbur oldu ve bir ay sonra geldi..iki gun bundan once cinsi elaqeye girdik ..bu gun yene temperaturum 37.5 di..bele loru dilde desek gic qizdirmadi..birinci defe elaqede olduqumuz vaxt men aybawi olacaqdim ama bu defe aybawima 5 gun qalib..bu temperaturumun olmaqi meni natahat edir. Sizce ne ile elaqedar ola biler?
Ginekoloqa müraciət edin zəhmət olmasa
Salam doktor mənim oğlumun qanında limfositlər 57 göstərir onun qorxusu olmaz?
Salam.Əgər digər qan hüceyreləri normaldırsa qorxusu yoxdur.